Bu gün:


"Sədərək” Ticarət Mərkəzindən vacib açıqlama: “Yerpulu” alınmayacaq

Tarix: 21.12.2020 / 18:29  •   Oxundu: 73 dəfə  •  

“Sərt karantin müddətində "Sədərək” Ticarət Mərkəzi fəaliyyət göstərmədiyi üçün sahibkarlardan yer pulu alınmayacaq”.
Bunu “Sədərək” Ticarət Mərkəzinin Mətbuat katibi Kəmaləddin Qədim deyib. O, karantin müddətində sahibkarlardan yer pulunun alınması məsələsinə aydınlıq gətirib:
“Bundan əvvəlki karantin rejimində olduğu kimi, "Sədərək"də fəaliyyət göstərən mağazalar karantin müddətində fəaliyyət göstərmədiyi üçün onlardan yer pulu alınmayacaq".
Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.