Bu gün:


Türkiyədə yataqxanada qalan 7 qız itib

Tarix: 23.12.2020 / 10:18  •   Oxundu: 135 dəfə  •  

Türkiyənin Malatya şəhərində Miad Sevgi evləri və Qızlar Yataqxanasında qalan 7 qız uşağı itib.

Türkiyənin yerli mediasına istinadla verdiyi məlumata görə, Türkiyə Ailə, Çalışma və Sosial Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş qızlar üçün xidmət göstərən müəssisədə 8 qızın olmadığı dünən yerli vaxtla saat 19:30 radələrində müəyyən edilib.
Qızlardan biri körpü üzərindən gedərkən tapılıb, digər 7 qızın axtarışı üçün şəhərdən çıxış hər tərəfdən bağlanıb.