Bu gün:


Tibbdə möcüzə: 500 qram doğulan körpə sağ qaldı

Tarix: 27.12.2020 / 10:56  •   Oxundu: 107 dəfə  •  

ABŞ-ın Minnesota ştatında yaşamağına ümid olmayan, beş aylıq doğulan körpə sağalaraq xəstəxanadan evə buraxılıb.
Elizabet Hatkinsonun hamiləliyinin 21-ci həftəsində dünyaya gətirdiyi körpə 500 qram olub.

Onun yaşama şansının olmadığını bildiriblər.
Riçard adlı uşaq altı ay xəstəxanada qalandan sonra tam sağlam şəkildə evə buraxılıb.
Həkimlər bunun möcüzə olduğunu deyirlər.