Qarabağı tərk etməkdən imtina edən və Azərbaycan əsgərlərinə hücum edən erməni yaraqlıları müharibədəki məğlubiyyətə görə qisas almağa və atəşkəsi pozmağa çalışırlar. Bu barədə Rusiyanın “İnfo24.ru” saytına politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Qarabağ meşələrində müharibənin davam etməsini istəyən daha radikal olan qüvvələrin nümayəndələri qalıb.
“Onlar Ermənistan və Azərbaycan qoşunları arasında atəşkəsin pozulmasına və yeni toqquşmaya nail olurlar. Onlar bu müharibədə Ermənistanın məğlubiyyətinə görə qisas almaq istəyirlər.
Bundan başqa, bu qüvvələr Rusiya sülhməramlılarına da təhlükə törədir. Düşünürəm ki, bu, müəyyən dərəcədə yerli əhali ilə, amma ilk növbədə, terror fəaliyyətində zəngin təcrübəsi olan “Daşnaksütyun” Partiyasından olan ultramillətçilərlə bağlıdır. Belə birləşmələrin məhv edilməsi çox vacib vəzifədir. Düşünürəm ki, həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya sülhməramlılarının iştirak edəcəyi üçtərəfli hərbi əməliyyat keçirmək lazımdır”, - Markov deyir.
Rusiyalı politoloq hesab edir ki, əks-terror əməliyyatının keçirilməsi zəruridir: “Ya erməni qoşunlarının özləri bunu dəqiqliyə aparmalıdırlar, ya da bu, üçtərəfli formatda olacaq. Əgər bu baş verməsə, onda Azərbaycan birtərəfli şəkildə hərbi əməliyyat keçirəcək. Əgər belə hücumlar davam edərsə, gec-tez onların məhv edilməsinin zəruriliyi məsələsi gündəmə gələcək...”.