Bu gün:


30 hektar ərazi Azərbaycana qaytarıldı

Tarix: 31.12.2020 / 09:49  •   Oxundu: 99 dəfə  •  

Sünikin Qaraunc kənd nümayəndəliyi Azərbaycanla sərhədlərin müəyyənləşdiriməsi prosesində iştirak etmir, rəhbərlik proseslərdən kənarlaşdırılıb.
Bu sözləri Qaraunc kəndinin rəhbəri Lusin Avetyan deyib.

Avetyan bildirib ki, kəndin 30 hektar ərazisi, o cümlədən bu ərazidə yerləşən SES sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində Azərbaycana verilib:
“Sərhədlər GPS vasitəsilə müəyyənləşdirilir və bu da sərhədin kənd ərazisi boyunca keçdiyini göstərir”.
O iddia edib ki, Azərbaycana keçən bağlar Ermənistanın “qanuni” ərazisidir.
O bildirib ki, azərbaycanlılar SES ərazisində də olub və buranın da Azərbaycana məxsus olduğunu bildiriblər.
Qeyd edək ki, bu ərazilər Ermənistanın sərhədlərindən kənarda - Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşir. Torpaqlarımız işğal altında olarkən Ermənistan özbaşına sərhədi irəli çəkərək, torpaqlarımızı istismar edib.