Bu gün:


Prezident: 2021-ci il üçün yaşayış minimumunu təsdiqlədi

Tarix: 31.12.2020 / 15:40  •   Oxundu: 146 dəfə  •  

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.
Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.