Bu gün:


İranlı generaldan ABŞ-a təhdid: “Süleymaninin qisası alınacaq”

Tarix: 02.01.2021 / 11:10  •   Oxundu: 57 dəfə  •  

İranın “Qüds” briqadasının Qasım Süleymanidən sonra təyin olunan rəhbəri İsmayıl Kaani mərhum generalın intiqamının alınacağını bildirib.
Bu barədə “Haber Global” məlumat yayıb.

“Evinizin içində belə (ABŞ-da) bu işlədiyiniz cinayətin qarşılığını verəcək şəxslərin olması mümkündür. Şəhid Süleymani bu alçaqca cinayəti törədən dünyanın ən qəddar və məkrli insanı tərəfindən sui-qəsdə məruz qalıb”, - deyə general bildirib.