Bu gün:


160 əsgəri mühasirədən çıxardan şəhid baş leytenant

Tarix: 04.01.2021 / 13:48  •   Oxundu: 265 dəfə  •  

Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizdən biri də baş leytenant Röyal Xasıyev olub.

Röyal Xasıyev 1993-cü il, aprelin 19-da Şəkinin İkinci Biləcik kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Artilleriya komandiri müharibə başlayan ilk günlərdən döyüşlərə qatılıb.
Onunla çiyin-çiyinə olmasa da, eyni cəbhədə döyüşən qardaşı Təmraz Xasıyev deyir ki, qardaşı son döyüşündə ayağından yaralanıb. Onu hospitala göndərmək istəsələr də, razı olmayıb.

Röyal Xasıyev 160 döyüşçü yoldaşını qəhrəmancasına mühasirədən çıxarıb. Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası deyir ki, oğlu hərb sənətini torpaqlarımızın azadlığı üçün seçmişdi. İstəyinə də nail oldu.

Şəhid Röyal Xasıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.