Bu gün:


Hulusi Akara verdiyi sözü tutdu

Tarix: 05.01.2021 / 10:24  •   Oxundu: 92 dəfə  •  

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Valeh Məmiyevlə bağlı paylaşım edib.
"O, nazirimiz Hulusi Akara vətən torpaqlarının işğaldan azad ediləcəyinə dair söz vermişdi. Qubadlıda son nəfəsini verərkən "Milli müdafiə naziri Hulusi Akara verdiyim sözə əməl etdim. Vətən sağ olsun" demişdi. Qəhrəman şəhidimiz Valeh Məmiyevi rəhmətlə anırıq!".

Qeyd edək ki, 1994-cü ildə Yardımlıda anadan olan Valeh Məmiyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb, oktyabrın 23-də isə aldığı yaradan dünyasını dəyişərək şəhid olub. Doğulduğu Yardımlı rayonunda dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Valeh Məmiyev 2020-ci ildə Türkiyə-Azərbaycan hərbi təlimlərində iştirak etmiş və təlimlərin sonunda Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə təltif edilmişdi.