Bu gün:


"Benzinin bahalaşması ilə bağlı verilən izahlara göydə quşlar, suda balıqlar belə gülər..."

Tarix: 09.01.2021 / 09:50  •   Oxundu: 143 dəfə  •  

"Benzinin bahalaşması ilə bağlı tarif şurasının, yaltaq dövlət məmurlarının, saxtakar deputatların, maymaq və yalaq  müxalifətin verdiyi izahlara göydə quşlar, suda balıqlar belə gülər!"

Bunu tanınmış şair Rüstəm Behrudi Tarif Şurasının yanacaq qiymətlərində son artımla bağlı qərarına münasibət bildirərkən deyib:

"Məcbur olub 30 il bundan əvvəl söylədiyim, “şərəf və ləyaqət”anlayışlarına bir də aydınlıq gətirmək istədim.

“Şərəf” və “ləyaqət” sözləri adətən bir yerdə işlənsələr də tam fərqli mənaları ifadə eləyir!

Şərəf-cəmiyyətin, ətrafın adama verdiyi qiymət, ləyaqət hissi insanın özünün özünə verdiyi dəyərdir!

Ləyaqəti olmayan adam şərəfini qoruya bilməz!

Ləyaqət  insanlığın mahiyyəti, şərəf görüntüdür!

Bu məmləkətdə adamlar şərəflərini (özü də yalançı) qorumağa çalışırlar, ləyaqətlərini yox!

Ləyaqətini qorumayan  adamın şərəfi olmur, əfəndilər!"