Bu gün:


Azərbaycan Prezidentinin köməkçisi: "Vasitəçilik missiyasını həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir"

Tarix: 03.10.2020 / 18:00  •   Oxundu: 105 dəfə  •  

"Vasitəçilik missiyasını həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir".

idealmedia.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun son açıqlamalarına münasibət bildirərkən deyib.

H. Haciyev bildirib ki, birtərəfli açıqlamaların verilməsi danışıqlar prosesinə və vasitəçilik missiyasına xələl gətirə biləcək haldır: “Danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır. Əvvəl Xarici İşlər nazirləri səviyyəsində müəyyən görüşlərin keçirilməsi barədə təkliflər vardı ki, Azərbaycan tərəfi də bu və digər məsələlərə baxa bilər.

Amma ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması istiqamətində səylər səfərbərlər olunmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsun və hərbi işğala əsaslanan status-kvo nəticə etibarı ilə sonluğa gətirilsin”.