Bu gün:


"Uşaqlarım üçün mübarizə aparıram" - Beynində şiş olan müğənni

Tarix: 10.01.2021 / 11:08  •   Oxundu: 106 dəfə  •  

Uzun müddətdir xərçəngdən əziyyət çəkən müğənni Tom Parker səhhəti ilə bağlı açıqlama verib.
Hazırda müalicə alan 32 yaşlı sənətçi beynindəki şişin azaldığını bildirib.

"Beynimdəki şiş günbəgün azalır. Uşaqlarım üçün mübarizə aparmağa çalışıram. Bütün məni sevənlərə təşəkkür edirəm. Ən çətin günlərimdə yanımda oldunuz. Mənə bəslədiyiniz sevgi və hörmət üçün çox sağolun. Sizin sevginiz mənə ilham oldu".