Bu gün:


NAZİM İDEAL : QANUNÇULUQ VİTRİNLƏRDƏN YIĞIŞDIRILMALIDIR !

Tarix: 10.01.2021 / 19:27  •   Oxundu: 170 dəfə  •  

Xarici İşlər Nazirliyinin  İşlər  İdarəsinin sabiq müdiri Fərhad Mollazadə və həmin İdarənin Təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Korrupsiya ittihamı ilə həbs edilmiş icra başçıları Bakı  istintaq təcridxanasının 2-5-8-ci korpusunun 1-ci mərtəbələrində şabaş paylayır, Vilyam Hacıyevdə 2-ci aydır ki,İMM-də ( "tub zon" ) kef çəkir?

Ermənin haqq etdiyi cəzanı verdiyinə görə barəsində 3 aylıq həbs cəzası verilmiş Rəşad Əliyev isə "tub zon" da zülm, Şəhid Fizuli Orucovun oğlu Elvin Oruclu isə Vətəndaş olaraq cəza çəkməyə 8 yıldır ki, dövlət müəssisəsi axtarışındadır.

Bu cür diskriminasiyalar İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının fundamental prinsiplərini çürüdüb,erroziyaya uğradıb.

Necə ola bilir ki,bir nəfər məmur övladı Vətən müharibəsi dönəmində Şəhid olmur,Dövlətin əmlakını , Xalqın haqqını həzm rabedən keçirmiş İcrasız başçılar Kürdəxanı Plazada kef çəkirlər, 4 nəfərlik kameralarda bütün qanundan kənar imtiyazlarla yüklü edildikləri halda, digər hüquqsuz məhkumların 3 nəfəri bir çarpayıya şərik edilir?

Yüzlərlə xəstə məhkum MM-İMM-nə buraxılmadıqları halda, həbsdə olan bütün imkanlı narkobaronlar,qanqsterlər, dələduzlar, rüşv-ətxor məə-mırrlar VİP otaqlarda şortu -biznesin bir şabaşa əsdirənlərini qəbul edirlər?!

Tələb edilən rüşvəti çatdıra bilmədiyinə görə mülahizə və ehtimallarla şərlənərək həbs edilmiş Şəhid övladı Elvin Oruclu cəza çəkməyə dövlət müəssisəsi tapa bilmədiyi halda, sadə vətəndaşları küçədə -bacada tutub döyən general Mirzəli Orucovun oğlu  Rüstəm Orucov MM-nin "cənnət bağı" adlanan guşəsində kef çəkir?

Bu hüquqlar, qanunlar hansı kitabda, kim tərəfindən yazılıb?

Dövləti, Prezidenti, Xalqı aşağılayan, ələ salan, dövlət içində öz mənfur-totalitarizm dövləti qurmuş konsentrik dairələrin cinayətləri nə zaman durdurulacaq və Milli qanunlarımız tanınacaq???