Arvadını aldatdığı üçün 3 illik həbsə məhkum olundu
Tarix: 11.01.2021 / 09:32 •
Oxundu: 116 dəfə •
Mənşəcə İranlı Dubay sakini evlənmək məqsədi ilə şəxsiyyət sənədlərini saxtalaşdırdığı üçün üç il həbs cəzasına məhkum edilib.
Dubay 1-ci instansiya məhkəməsinin verdiyi məlumata görə, 52 yaşlı müttəhim 2007-ci ildə həmyerlisi olan qadınla evlənmək üçün özünü fərqli adlı başqa şəxs kimi göstərib.
38 yaşlı ev xanımı ərindən uşaq üçün sənədləşmə işlərindən ötrü pasportunu və şəxsiyyət vəsiqəsini gətirməsini istəyəndə kişinin yalanı üzə çıxıb. Bundan sonra təqsirləndirilən şəxs əlində heç bir şəxsiyyət sənədi olmadığı üçün arvadını aldatdığını etiraf edib.
Təqsirləndirilən şəxsin keçmiş arvadı məhkəmədə nikah zamanı nişanlısının yalnız tibbi kart təqdim etdiyini və boşandıqdan sonra oğlu üçün sənəd təqdim etməsini davamlı olaraq təxirə saldığını söyləyib. Ərinin əsl adını öyrənən qadın polisə müraciət edib. İstintaq və dindirmə zamanı polis kürəkəni də daxil olmaqla toyda olan şahidlərin təqsirləndirilən şəxsin əsl adını bildiklərini aşkarlayıb.
Məhkəmə 52 yaşlı iranlını rəsmi sənədləri saxtalaşdırmaqda və rəsmi orqanlara bilərəkdən yalan məlumatlar verməkdə günahlandıraraq 3 il həbs cəzasına məhkum edib. Müttəhim həbs cəzasını çəkdikdən sonra vətəninə - İrana sürgün ediləcək.