Bu gün:


Şəhidin övladı dünyaya gəldi

Tarix: 19.01.2021 / 17:21  •   Oxundu: 100 dəfə  •  

Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun övladı dünyaya gəlib.
Körpə oğlandır və sağlamlığı yerindədir:

"Hələ cinsiyyəti məlum olanda atası adının Hüseyn olmasını istəmişdi. Onun arzusuna uyğun olaraq uşağa Hüseyn adı verilib".
30 yaşlı Şəhidimiz Vüsal Qüdrət oğlu Məmmədov cəmi 7 ay idi ki, ailə qurmuşdu.

O, XTQ-nin tərkibində dalğıc (sualtı hücum) kəşfiyyatçı vəzifəsində xidmət edib. Oktyabrın 12-də Vətən müharibəsinin Qubadlı cəbhəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.