Bu gün:


NAZİM İDEAL: Bütün yalanlar məğlub olmaq üçün doğulur !

Tarix: 20.01.2021 / 13:57  •   Oxundu: 222 dəfə  •  

Azərbaycan Respublikasının hüquq siyasətində dövlətə-xalqa qarşı sərhədsiz cinayətlər törətmiş, dövlətin büdcəsini talamış, Millətin qanına və canına susamış, qanunları, Prezidentin fərmanlarını və sərəncamlarını satmışlar mühakimə, sorğu-sual edilmir!

Ən yeni tarixə nəzər salaq:

Ləğv edilmiş Milli Təhlükə nazirliyindən 3-5 adam müəyyən müddətə azadlıqdan məhrum edildi və çox keçmədi ki, onlarda əfv edildilər.

Nazirin toxunulmazlığı qaydalar üzrə təmin edildi;

Rabitə və Yüksək Texnologiyalar nazirliyində idarə rəisləri, aparat rəhbəri həbs edildi. Lakin nazirin toxunulmazlığı apogey nöqtədə bitdi.....və.s...

De-fakto, de-yure PA-nın sabiq şöbə müdri Əli Həsənovun dövlətə və xalqa qarşı törətmiş olduğu kriminallar aşkardır.
Aşkar faktlarında sübuta ehtiyacı yoxdur.

İstər kifdf-nin, istər am şurasının "təşkilatçılığı" ilə keçirilən hansı bir tədbiri əlisiz və yaxud da sonasız keçsin???
Görən varmı, belə bir fors-major hadisəni?

Kim söyləyə bilər ki, həsənov əlinin və yaxud da sonanın iradəsindən kənar evlə, medalla, əməkdarla mükafatlandırılıb?

Hansı televiziya kanalı iddia edə bilər ki, işlə təmin olunacaq "kadr" sonaəlisiz mümkün idi ?
O zaman NİYƏ? təkcə səfərli vüqar müzəffər oğlunun həbsxana səfərini izləməliyik?

NİYƏ? bütün kriminal proseslərin əsas moderatorları və ləbbeyk deyənləri məsuliyyətdən kənarda xəstə kimi qorunmalıdır?

Bu qapançı təfəkkürlü, başı mədələşmiş zəli həsənov təkcə Azərbaycan mediasını iflic etməyib.
O eyni zamanda Azərbaycanın hüquq siyasətini bığlarına dolayıb.

Təkcə sifarişlə həbs edilən qələm sahiblərini deyil, biznes sektorunda, iş adamları ilə bağlı, şou biznesdə saxta adların rüşvətlə paylanılması, Prezidentin Konstitusiyada nəzərdə tutulmuş müstəsna səlahiyyətləri ( Maddə.109), o cümlədən ƏFV (22) sərəncamlarından daha çox mənfəət götürən, daha çox söz sahibi olan və açıq bazarını qurub "al sonam, ver sonam" missiyasını diktə edənlərdən biridir bu zəli.

Prezident İlham Əliyev dəfələrlə nüfuzlu beynəlxalq təşkilatların tribunasından əli həsənovun blef arayışı əsnasında bəyan edib ki, Azərbaycan da heç bir jurnalist peşə fəaliyyətinə görə həbs edilməyib !?

Hətta heç bir hörmətə və nüfuza malik olmayan, al-ver kitabı CPM-nin "Xüsusi ittiham" bölümündə həyasızcasına ifadə olunur ki, 2009-cu ildən etibarən heç kəs ARCM-nin 147 və 148 -ci maddələri üzrə mühakimə edilməyib ???

2009-cu ilin 20 may tarixi. Nəsimi rayon məhkəməsi. Hay-kimi elman əhmədovun sədrliyilə keçirilən "proses" də 148-ci maddə ilə 06 ay;

2016-ci ilin 09 dekabr tarixi. Bakı şəhəri, Nəsimi rayon məhkəməsi.

MSK Məzahirin qardaşı oğlu Babək Pənahovun sədrliyilə keçirilən məzhəkə prosesində ARCM-nin 148-ci maddəsilə yenidən 06 ay cəza verildi.

Nəsimi məhkəməsinin sabiq sədri, hazırda Səbail məhkəməsinin sədri qafarov ağamalı, həsənov əlinin şəriki və həm də istifadə etdiyi mallardan biri idi...

Çün ki, hakim Babək Pənahov heç bir sübut olmadığına görə prosesi 09 ay uzatdı ki, həsənov əli sifarişindən əl çəksin alınmadı və icra etməyə məhkum oldu!

Başı boş hüdudsuzların cüzidə olsa vicdanı, namusu varsa?, düşünsünlər!!!
Əgər belə bir iş mümkünsə, deməli Osobının o vaxt ki, polkovnik debil rəisi aslanov qaçay mənə işləyib, dövlətə xəyanət edib!

Yox əgər belə deyilsə, obyektiv gerçəklikləri ortaya qoyun ki, can üstə o başa, bu başa sürüdüyünüz qanun və hüquq heç olmasa gorbagor dədənizin leşini əlavədən murdarlamasın!

Məni özünüzə düşmən bilirdiniz!

Bəs qanunların, hüququn günahı nə idi?

İDEAL qəzeti arxivlərdən oğurlatmısız, bəs Azərbaycan Respublikası adından çıxarılmış "hökm-qərar-qətnamə" ləri necə oğurlaya biləssiz? 

Burası korlar şəhəri deyil!
Şüurlu həyat yaşayan hər kəs, situasiyaları düzgün analiz edir və konseptual qərar çıxarır....

Dövlət içində kriminal-korrupsiya dövləti qurmuş məlum çete istəyirsə həsənov əlinin adına yeni medal təsis etsin və üzərində də femidanın zorlanması simvolizə olunsun!

Lakin, amma, ancaq cavab versin!

Azərbaycan Mediasını niyə öz gününüzə saldınız?
Vətən müharibəsindən qələbə ilə ayrılan bir ölkədə ictimai-siyasi vəziyyətin gərginliyi nədən günbə-gün artır?
Milyonlar hardadır?
Düşünürəm ki, uğrunda canımızdan və qanımızdan keçdiyimiz, mülahizə və ehtimallarla azadlığımızı  oğurlamış Azərbaycan Respublikasının hüquq fəlsəfəsi bu dəfə yalanla -talanla-zalımla qol-boyun olmayacaq!

Unutmayın ki, bütün yalanlar məğlub olmaq üçün doğulur!