Bu gün:


NAZİM İDEAL: Bəs sənin İnsanlıq, Vətəndaşlıq mövqeyin haranda gizlənib?

Tarix: 20.01.2021 / 15:50  •   Oxundu: 145 dəfə  •  

Pul, vəzifə, səltənətlər əbədi həyatın qaranti deyil .
Ölüm səni hər anında təqib edir.
Bunu dərk etməkdən ötrü sadəcə adam olmaq lazımdır.

Adamlıqdan kənar, lakin geniş hakimiyyət resurslu, xəstə təfəkkürlü  məəmırrların dərk ediləsi yerlərini qurum basdığından kiminsədə ata-anasının, kiminsədə həyat yoldaşının, kiminsədə övladlarını məyus edir, gözüyaşlı qoyurlar...

Konstitusiyaya ana qanun deyib ondan ayağı sürüşkən anaları kimi istifadə edən bu xislət daşıyıcıları özləri-özlərinə sual edə bilirmi ki, mən kiməm?, kimin övladıyam?, bu posta hansı variantlarla soxuşdurulmuşam?, savadım, qabiliyyətim, intellektim nəyə çatır və İnsanlarla çalışmaq haqqımdırmı?

Düşünə bilirsinizmi ki, leşə çevriləndə belə, kim kardaşyanın həzm rabedən keçirdiyi unikal söyüşlərlə yanaşı, "ALLAH lənət eləsin", "alçağın-xoşqeyrətin biri idi", "gorbagor oldu" kimi "dualar" yolunuzu gözləyir.

Anasına, Övladlarına dəyər verən başqalarının hissinə hörmətlə yanaşar.
İdarəetmə repressivdir, aybaşı çatdırmalısan bəlli.
Bəs sənin İnsanlıq, Vətəndaşlıq mövqeyin haranda gizlənib?

Dövləti gözdən salan, ifadə və söz azadlığını məhv edən, mövqeyini 525-ci dəfə dəyişən medallı əməkdarlar sürüsünün zəli başçılarının simulisiv yaşam tərzini;
həbsə düşən kimi vərəm, hepatit, şezofrenik və.s kimi xəstəliklərini özlərinə yapışdırıb sürünən korrupsioner məə-mırr naxırının aqibətini  görmürsünüzmü?