Bu gün:


Daha bir hərbçimiz şəhid oldu

Tarix: 29.01.2021 / 17:07  •   Oxundu: 117 dəfə  •  

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.

O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.
Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.

Allah rəhmət eləsin!