XARAKTER MÜKƏMMƏL TƏRBİYƏLƏNMİŞ İRADƏDİR !
Tarix: 23.09.2020 / 01:15 •
Oxundu: 231 dəfə •
Keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal-ın rəsmi facebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq.
Azərbaycanda Vətəndaşın olmağını istəmirlər !
"VƏTƏN" sözü konsentrik dairələrdə allergiya doğurur.
Onlar Vətən adlı bir dəyərin mövcudluğuna nifrət edirlər !?
Bu cür yanaşma eyni zamanda həyat yoldaşının tez-tez "komandirovkada" olmağını arzu edən yüyənsiz,son dərəcə əxlaqsız "qadınlarla";
Rəqibi ilə bacarmayan zəif-zərif-xoşqeyrət-maygülü kişləri və.s,müqayisə edərdim...
Bu gün təsadüfən, hazırda duptat kimi saxta mandat daşıyanlardan keçmiş tanışımla rastlaşdım...
Barəmdə nə qədər xoş sözlər dedikcə,hətta Məni İdealı hesab etdiyini söyləsədə,anba-an qarşımda erroziyaya uğradığını hiss edirdim.
Revanşlara başlayacağımdan isterikada olanlar,şok-terapiya yaşayanlar və.s...
Daima şüar etdiyim sözümü bir daha təkrarlayıram:
Yüz yıl başıaşağı,üzüyola,şərəfsiz,üzəduran,işverən,yalaq,alçaqyanlı yaşamaqdansa zindan yaşamaq və yaxudda toprak altında yatmaq daha şərəflidir !
Könlündən və dilindən haqq sözü keçən yüz minlərlə İNSAN işgəncə çəkir yer üzündə !
Siz hər hansı bir heyvanın həbsxanada cəza çəkdiyini gördünüzmü?
Mən keçmişimlə,bu günümlə fəxr edirəm!
Bu ölkənin bütün məkanları Vətənimdir!
Əqidəmə görə geniş hakimiyyət resurslu erməniyanlı varseniqin nəvəsi məkanımı bir neçə dəfə dəyişsədə Əqidəmin,Mənliyimin yanından qalina olub belə keçə bilmədi,bilməzlərdə...
Duptatın el arvadından can alverçilərinə kimi,bütün şərin dişiləri və onlara informasiya dəstəyi verən əli həsənovun maygülü şenok dekorasiyası barəmdə imic-reputasiya yaratmaq istəsələrdə qaralovun ittiham qaralaması müəyyən etdi:
"Heç bir maddi sübut yoxdur.
Cinayət yolu ilə heç bir əmlak əldə etməmişdir.Lakin ehtimal olunur ki,edə bilər."
Eyni zamanda sutenerin arxasına arxa olduğu yüyənsiz kolleksiyası ayrı-ayrılıqda notarial qaydada bildirirlər:"Belə bir fakt vaş verməmişdir.Nazim Quliyevi şərləməsəydik,özümüzün həbsi labüd idi..."
Təsəvvür edirsinizmi ölkə nə gündədir?
Qanunlardan özləri kimi istifadə edən iri buynuzlu prototiplərin qanunlara,Vətəndaşa,Qarabağ Qazisinə olan münasibəti !?
Əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər ki?
Əgər Biz namus anlayışına ictimai məzmun versək, yaşamağı naminə ayda bir dəfə aborta getməyə məcbur olan QıF-lar və Məni Şərləmək üçün istifadə edilmiş can alverçiləri onları bunu etməyə zorlayan sifarişçinin,icraçının özündən,arvadından,qızından qat-qat "namuslu" qəhrəmanlardır....
Hətta "rüsvayçılıq" sözü də baş verənlərin mahiyyətini,miqyasını tam anlamda ehtiva etməkdə acizdir !
Dostlar İnsan ya olur,ya ölür !
Bu ölkədə bütün cinayətkarları artıq hamınız görürsünüz !
Bax Mənim və Mənim kimi yüzlərlə günahsız İnsanlar barəsində şərləmək direktivlərinin əsas moderatorları hazırda gündəmi zəbt etmiş bu kriminal korrupsionerlərdir !
Azərbaycan kimi dövlətlərdə İnsanları əvvəlcə ifadə və söz azadlığına görə ittiham edib,sonra "dövlət maraqları naminə" ona narkotika istifadəçisi və ya digər maddələrlə həbs edirlər.
Çünki bu "dövlət maraqları" doğrunun üstünü pərdələməkdir.
O yerdəki qanunun qüvvəsi yoxdur və kiminsə hakimiyyəti altındadır,orda dövlətin məhvi labüddür.
Lakin,tarix hələ heç kimə öz Xalqı üzərində qələbə sevincini nəsib eyməyib.
Bütün bunlara baxmayaraq Biz Dövlətçilik İdealları NAMİNƏ diskriminasiyasız səfərbər olmalıyıq !