Bu gün:


Keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal-ın rəsmi facebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq.

Tarix: 22.09.2020 / 21:57  •   Oxundu: 249 dəfə  •  

ARSAK   ŞİKƏSTƏSİ... BƏSTƏKAR: NİKOL  PAŞİNYAN.
Vətəndaş qınağı,doğru söz epetiklərin ruhsuz hüceyrələrində allergiya yaratdığından, erməni etnotoponimləri əldə-qucaqda-yolüstüqayırma "milli alim-professor-akademik-şairxalq-alimdilçi"lərdə xımır-xımır yedikləri haramı zəhrimara çevirmişdir...
Azərbaycan hökuməti ləyaqətli vətəndaşlara çamur atıb, dezertir-yüyənsizlərdən  ibarət  "zərərçəkmiş" kolleksiyası düzənlədiyinin ası olduğu kimi,erməni konfliktoloqlarıda hansı mövzularla başqatdı sezonunun zamanını bilir.
Nar-mürəbbə-lavaş-pamidor-badımcan-xiyar festivallarını korrupsioner nazirlərin ziyası altında keçirildiyini yəqinki unudulmayıb...
Ardınca sarı gəlin getdi qayıtmayıb hələdə....
İndidə sarsaq dilçilərin ağzına Arsak zəhrimarı salıblar....
Ataloqsuz inkişafın özünətəsəlli institunun izahlarında qeyd olunur ki, Arsak sözünün erməni dilinə və erməniliyə heç bir aidiyyatı yoxdur.
 Arsak (Ərsak -yəni igid saklar) toponimi  Millad  dövründən qalıb, Arsak  tarixi Azərbaycan, Qafqaz Albaniyasının 12 vilayətindən biri olub və  sallar da türk soyludurlar. 
Çox yaxşı, bəs onda nədən  biz işğal altında olan torpaqlarımızı Arsak deyil,  Qarabağ adlandırırıq?  
Paranomikdik, erməni ifa etdiyi istənilən mahnının sədaları kütlə şüuruna tez mutasiya olunsada,illərdir ki, Qarabağ, Qarabağ Şikəstəsi mahnılarını oxuya-oxuya şərəf-şöhrət-məharət-şücaət ordenlərinə sahib çıxmış mütrüflərin taleyi necə olacaq?
Bu zavallı mütrüf tayfası gərək bundan sonra, "Mən əzizinəm Qarabağ" deyil, "Mən əzizinəm Arsak" deyib qışqırsınlar.
Doğrudanda burası sözün bitdiyi bir məkandır!
Məəmırrlara məxsus yüzlərlə işğal altındakı müqəddəs yerlərin adları altında,hansı namussuz yollarla pul qazanıldığını  hər birimiz bilirik.
Utanverici,təsəllialıcı məqamlar!?
Qarabağ işğal altındadır,futbol komandası bizdədir!?
Qarabağ işğaldadır icma sədri bizdədir!?
Eləcədə işğal altında qalmış 12 rayon....
Lakin yüngülvari bir araşdırılma aparılsa görünər ki,işğal altında qalmış rayonların icra başçıları talamaq işlərində, həbsdə olan başsızlardan,o cümlədən,Mehdiyev Ramizdən, nədəki qapançı talançıların taladıqlarından heç də geridə qalmamışlar....
Xalqın başını arsaklarla-sarsaklarla qatmağa son verib,Qarabağı işğaldan azad etməliyik...
Toprağın xilası adlarla, oyunlarla, mahnılarla,festivallarla mümkün deyil !
Bu yalnız Qanla,Canla,Silahla mümkündür. 
Bu cür absurd sözlər konsentrik dairələr üçün əyləncə olsada, O məkanlar üçün hər an qəlbi yanan insanlar üçün işgəncədir !