"Canavar" postunu düşməndən azad edən şəhid mayor..
Tarix: 30.01.2021 / 16:39 •
Oxundu: 282 dəfə •
Mayor Rahib Babayev peşəkar hərbçi kimi səngərdə yetişmişdi. 18 illik xidmətinin 8 ili ən çətin döyüş bölgəsində - Murovda keçmişdi. Elə Murov yüksəkliklərinin azad edilməsi uğrunda döyüşlərdə də qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.
Şəhidin xanımı Aygün Babayevanın bildirdiyinə görə, hərbçi olmaq Rahib Babayevin uşaqlıq arzusu olub. Bu arzu onu Naxçıvandan Bakıya - Heydər Əliyev adına Ali Hərbi Məktəbə gətirib:
"Babayev Rahib Bəxtiyar oğlu 1985-ci ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. Uşaqlıqdan hərb sənətinə marağı olub və buna görə də əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseydə, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. İlk iş yeri H.Z.Tağıyev qəsəbəsində "N" saylı hərbi hissə idi. İlk komandiri isə Polad Həşimov olub. Belə bir generalın yetirməsi olmaq Rahib Babayev üçün fəxr idi. O, sanki arzuladığı bir komandirə rast gəlmişdi..."
A.Babayeva deyir ki, qəhrəmanımız həmişə düşmən tapdağı altında olan torpaqların xilası barədə düşünüb:
"Qüsursuz xidmətə görə dəfələrlə fəxri fərmanlar, medallar və Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunmuşdu. Taleyi onu Kəlbəcərə tərəf çəkirdi. Kəlbəcəri qaytarmaq onun ən böyük arzusu idi. Onun işlədiyi hərbi hissədə hamı bilirdi ki, Babayev Kəlbəcər torpaqlarının azad olunmasına can atır. Vətən müharibəsi başlayanda Rahibin sevincinin həddi-hüdudu yox idi. Sevinirdi ki, nəhayət illərdir düşmən tapdağında olan torpaqlarımızı geri qaytaracaqlar. O, kəlbəcərli olmasa da, hər zaman Kəlbəcəri görmək istəyib. Döyüşlərdən öncə sıra önündə şəxsi heyətinə "mən sizinlə - öz ordumla Kəlbəcərə daxil olacam" deyirdi".
Şəhidin xanımının sözlərinə görə, müharibə başlayandan sonra həyat yoldaşı ilə bir dəfə danışa bilib:
"Rahib çox yaxşı ata idi, övladlarına çox bağlı idi. Hər gün zəng vurub dərsləri ilə, nə yeyib-içdikləri ilə maraqlanırdı. Heç vaxt uşaqlarını diqqətdən kənar qoymurdu. Uşaqlarımızın gələcəyini çox düşünürdü, onların yaxşı təhsil almalarını istəyirdi. Qızımız Mələyi həkim, oğlanlarımız İbrahimlə Əlini isə hərbçi görmək istəyirdi. Döyüşlər başlanandan cəmi bir dəfə - sentyabrın 28-də telefonla danışdıq. Mən onun üçün çox narahat idim. Mənə dedi ki, "narahat olma, hər şey yaxşı olacaq". Ondan sonra iki gün əlaqə saxlaya bilmədik. Sentyabrın 30-da şəhidlik zirvəsinə yüksəldi…".
Həmsöhbətimiz deyir ki, Rahib Babayev tabeliyində olan əsgərlərinə də övladlarına göstərdiyi qayğını göstərib. Əsgərləri üçün komandirdən çox ata əvəzi olub. Hər birinin problemləri ilə şəxsən özü maraqlanıb. Bunu onunla birgə xidmət edən bütün hərbçi yoldaşları təsdiqləyir:
"Döyüş yoldaşları deyirlər ki, Rahib 8 il xidmət etdiyi Murov silsiləsində ərazini yaxşı tanıyan ik-üç komandirdən biri idi. O, öz vəzifəsini döyüşlər başlayanda da layiqincə yerinə yetirib. Düşmənin strateji əhəmiyyətli "Canavar" sol döyüş mövqeyinin götürülməsində şəxsən özü iştirak edib. "Canavar" sağ adlanan yüksəkliyin götürülməsində istiqamət komandiri kimi iştirak edib. Hər iki yüksəklik döyüşlərin ilk günündə mayor Babayevin rəhbərliyi ilə düşməndən tam təmizlənib. "Canavar" postu Vətən müharibəsi başlanandan ermənilərdən alınan ilk post idi. 30 sentyabr tarixinə qədər düşmənin əks-həmlə edib geri götürməyə çalışdığı həmin yüksəkliklərin müdafiəsində taboru ilə layiqincə iştirak edib".
Silahdaşlarının sözlərinə görə, 27-30 sentyabr tarixləri arasında düşmənin həmin strateji yüksəkliklərdə qoyub qaçdığı iri çaplı silahlardan elə onların özünə qarşı istifadə edərək bir neçə düşmən texnikasını məhv edib. Onu həm də mərd, qorxmaz, cəsarətli komandir kimi xarakterizə edirlər:
"Rahib düşmən üzərinə cəsarətlə, sevinclə, gülə-gülə gedirdi. Döyüşdə qolundan ağır yaralansa da, döyüş meydanını tərk etməyib. Yaralı halda vuruşaraq yaralanmış əsgərlərinin həyatını xilas edib. Xeyli sayda düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Həmin gün düşmənin atdığı artilleriya mərmisindən ikinci dəfə ağır yaralanıb və şəhid olub".
Mayor Rahib Babayev oktyabrın 2-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medallarıyla təltif olunub.