Bu gün:


Quran oxumadan oyuna çıxmamışam

Tarix: 31.01.2021 / 10:42  •   Oxundu: 145 dəfə  •  

Məşhur türk futbol ulduzu  bir daha Almaniya millisində oynamaq niyyətində olmadığını da bildirib..
"Mən müsəlmanam. Quran ayələri oxuyuram. Yenilməz Qüvvət Sahibi olan Allahdan komandamızdan müvəffəq oyun göstərməsini, hər kəsin sağlam olmasını diləyirəm...”

Bu sözləri son günlərədək Almaniya komandasının  yarımmüdafiəçisi kimi tanınan məşhur türk futbol ulduzu Məsut Özil “TRT Deutsch” telekanalına  verdiyi müsahibədə söyləyib.  O, idman karyerasının əvvəlindən Quran oxumadan meydana çıxmadığını vurğulayıb. 

Özil artıq jurnalistlərə “Fənərbaxça”nın oyunçusu kimi tanıdılıb. Mətbuat konfransında yarımmüdafiəçi hər zaman özünü “Fənərbaxça”nın bir hissəsi hesab etdiyini və uşaqlıqdan bu klubda oynamaq arzusunda olduğunu söyləyib. Futbolçu Türkiyə klubunda 67-ci nömrə altında oynayacaq.

Özil artıq Almaniya millisində oynamaq niyyətində olmadığını da bildirib. Və türk futbol ulduzunun bu qərarı salonda alqışlarla qarşılanıb.

“Alman milli komandasına qayıtmağa hazırammı? Mən öz yolumla gedirəm və heç vaxt geri qayıtmıram. Ona görə də yox. Milli komandaya ən yaxşı uğurlar diləyirəm. Amma bir daha heç vaxt orada oynamayacağam”- deyə Özil qətiyyətlə bildirib.

Məsut Özil  2014-cü ildə dünya çempionu və 2010-cu il dünya çempionatının bürünc medalçısı olduğu Almaniya millisində oynayan, 2012 və 2016-cı illərdə Avropa çempionatında bürünc medal qazanan etnik bir Türkdür. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə çəkdirdiyi foto-şəkillə bağlı Almaniya ictimaiyyətinin tənqidlərindən sonra yarımmüdafiəçi "irqçi və haqsız rəftar" hiss etdiyini söyləyərək “Bundestim”dən ayrılıb.