Bu gün:


“Rus NATO-su”: Qarabağda muzdlular məsələsi...

Tarix: 02.02.2021 / 17:25  •   Oxundu: 208 dəfə  •  

KTMT baş katibi Stanislav Zas Qarabağdakı suriyalı muzdlular məsələsini yenidən şərh edib.

“Kommersant”ın müxbirinin “Dağlıq Qarabağdakı keçmiş konflikt zonasında Suriyadan olan muzdluların mövcudluğu təhdidi qalırmı” sualını cavablandıran Zas, ümumiyyətlə, Qarabağda suriyalıların olub-olmaması məsələsinə cavab verməkdə çətinlik çəkdiyini bildirib:
“Suriyadan olan döyüşçülər indi haradadır, onlar, ümumiyyətlə, orada mövcuddurlarmı” sualına cavab vermək mənə çox çətindir.
İndi Dağlıq Qarabağda situasiyaya nəzarət bu prosesə cəlb edilmiş sülhməramlı qüvvələr, eləcə də Azərbaycan və Ermənistan tərəfindən gerçəkləşdirilir. Biz bundan çıxış edərək bildiririk ki, istənilən muzdlu və suriyalı döyüşçü bu ərazini tərk etməlidir”.