NAZİM İDEAL: Budamaların Dövlətə və Xalqa nə faydası?
Tarix: 06.02.2021 / 11:16 •
Oxundu: 215 dəfə •
İlk öncə QANUN VƏ HÜQUQ piştaxtlardan, dövlətin müqəddəs atributlarını mundirlərində gəzdirən dəllallardan xilas edilməlidir!
Qanunlar onu qorumağa məsul edilmiş başları mədələşmiş zombilər tərəfindən alqı-satqı predmetidir.
Yaz qabağı korrupsioner məmurların budama əməliyyatı kimə və nəyə lazımdır?
Bu həbslərdən nəticə çıxaran varmı?
Bütün despot korrupsionerlər öz ampulasındadır.
Al gülümlü, ver gülümlü idarəetmə anarxizmi artan xətt üzrə davam etməkdədir.
Nəinki köklü, heç dayaz islahat belə aparılmır.
İslahı aparmağa məsul olan başlar onun mahiyyətini qanmır.
İstismarla səhv salırlar!
Dövləti idarəetmə mexanizm çürüyüb.
Sosial çağırışları dinləmək, cavablandırmaq, tədbir görmək, vətəndaş məmnunluğunu qazanmaq düşüngəsi rüşvətə gömrülüb.
Həbs edilən rüşvətxorlar üçün bu həbslər bir o qədər də faciəli deyil.
Dövlətdən və Xalqdan çaldıqları paraların 2 faizini türmə rəislərinin ağzına atan kimi istədikləri imtiyazlarla geyindirilir.
Həbsə atılan korrupsioner məmurların əksəriyyəti "kürdəxanı plaza"da kef çəkirlər.
Ümumi korpusun, 300-500 nəfər kasıb, arxasız və hüquqsuz məhkumun öz ailəsini, uşaqlarını görmək-görüşmək istədiyi otaq, həbs edilmiş məmurlar tərəfindən bron edilib.
De-fakto, məmurların nə içəridə, nədə ki, çöldə sadə Xalqa yalnız pisliyi yetir.
Bütün bəlalardan nəf götürən, mənfəət güdən eyni yolun, xislətin daşıyıcılarıdır!
Bayquş qədər ağlı olmayan, özünü tanımayan, danışığını qanmayan alçaqlar, alçaqların təqdimatı ilə layiq olmadıqları vəzifələrə soxuşdurulur, medallandırılır, fəxri adlarla, elmi adlarla yüklü edilir, "başa"-bəlaya çevrilirlər və axırda da qərara gəlirlər ki, heş deməyəsən bu oğruçudur, çaqqaldır, tülküdür!
Bu gün aşkar faktlara hüquqi qiymət vermək iradəsində olan dövlət orqanlarının orqanları belə absesləşib.
Vətəndaşın səsi çatası, ünü yetəsi ümid ünvanı yoxdur!
Bütün orqanlar qanundankənar direktivlərin, rüşvətin, sifarişin yolunu gözləməkdədir!
Ədalət 30 yıldır ki, ölkədən qaçıb, yoxdur.
Zülm, işgəncə, şər-böhtan əynində mantiya femidanı hər gün istismar edir!