Bu gün:


"Açıq-saçıq şəkillərimi paylaşmağımı istədilər" - Məşhur rəqqasə

Tarix: 07.02.2021 / 17:38  •   Oxundu: 128 dəfə  •  

Məşhur türkiyəli rəqqasə Didem Kınalı "Hürriyet" qəzetinə peşəsi ilə bağlı yaşadığı çətinliklər barədə danışıb.
Rəqqasə tənqid və təhqirlərlə üzləşdiyini deyib:
"O rəqqasədir" ifadəsi alnıma yapışan ləkədir. Bu məni çox kədərləndirir. Ev sahibim rəqqasə olduğum üçün əşyalarımı çölə atıb. Çılpaq şəkillərimi paylaşmağımı istədilər. Rejissorla sevgili olmağımı tələb etdilər. Özümü qorumaq üçün hamıya "qardaş" deyirdim. Sevgilim polisdi, yaxşı yola gedirik, amma qısqancdır".