Bu gün:


"Hazırda müharibənin gedişatı təhlil olunur"

Tarix: 09.02.2021 / 18:30  •   Oxundu: 117 dəfə  •  

“Hazırda müharibənin gedişatı analiz və təhlil olunur”.
Bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.

Onun sözlərinə görə, müharibə zamanı müsbət və mənfi cəhətlərin hamısı araşdırılır. General-mayor qeyd edib ki, döyüş hazırlığı məşğələlərində, təlimlərdə bunlar nəzərə alınır.