Bu gün:


Vilayət Eyvazov onu Lənkərana rəis təyin etdi

Tarix: 09.02.2021 / 19:00  •   Oxundu: 167 dəfə  •  

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Azər Cahangirov Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, o, bu təyinatadək Astara Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.