“Xocalı abidəsi” ziyarətə hazırdır
Tarix: 13.02.2021 / 16:54 •
Oxundu: 115 dəfə •
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının 29-cu ildönümünə sayılı günlər qalıb.
Hər il Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan “Ana harayı” abidəsinə ziyarətlər təşkil olunur. Pandemiya səbəbindən anım tədbirinin və ziyarətlərin təşkili qaydaları hələki açıqlanmayıb.
“Nazirlər Kabineti yanında Operativ Qərargahın rəyinə əsasən addım atılacaq. Qurum nə qərar verəcəksə, o da icra ediləcək”, deyə İsrafil Kərimov əlavə edib.
Xətai Rayon icra Hakimiyyətindən isə ildönüm qabağı rayonda, eləcə də “Ana harayı” abidəsinin ətrafında xüsusi abadlıq işlərinin aparıldığı qeyd olunub:
“Genişmiqyaslı tədbir və ya ziyarətin təşkil olunacağını isə bilmirik. Bu barədə hələki bizə məlumat verilməyib”.