Bu gün:


Yaponiyada zəlzələdə xəsarət alanların sayı 120 nəfəri ötüb

Tarix: 14.02.2021 / 10:30  •   Oxundu: 179 dəfə  •  

Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 124 nəfərə çatıb.
Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Yaralıların əksəriyyəti yeraltı təkanların ən çox hiss olunduğu Miyaqi və Fukusima prefekturalarının sakinləridir.
Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,13 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib ki, zəlzələ nəticəsində nüvə obyektlərinə ziyan dəyməyib.