Bu gün:


Ermənistanda zəlzələ qeydə alınıb

Tarix: 06.02.2021 / 10:21  •   Oxundu: 143 dəfə  •  

Yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində, Göyçə gölünün yaxınlığında zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, 5.5 bal gücündə olan zəlzələnin dərinliyi 2 kilometrdir.
Qeyd edilib ki, zəlzələ Azərbaycanın sərhəd bölgəsində - Qazax, Tovuz, Gədəbəy, Gəncə, Şahbuzda 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeraltı təkanların gücü episentrdə 7 bal olub.
Ermənistanda baş verən zəlzələ nəticəsində Geqarqunik vilayətində bir neçə tikili dağılıb, yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə Geqarqunik vilayətinin qubernatoru Qnel Sanosyan deyib.

Ermənistanda yenidən yeraltı təkanlar qeydə alınıb.
Məlumata görə, 5 bala çatan zəlzələ Tavuş və Geqarqunik vilayətlərində hiss edilib.