Bu gün:


"Bakı sığorta"nın mahiyyəti...

Tarix: 16.02.2021 / 11:04  •   Oxundu: 145 dəfə  •  

Ramiz Mehdiyevin xalası oğlu qanun tanımır!?

Şərəf və ləyaqətini icarəyə vermiş şəxsiyyətsizlər özləri kimi üzdəniraqlara "yaxşıların-yaxşısı"; "ilin ən yaxşı şirkəti" və.s, adlarla şər atdığından,illərdir ki,ağla-qaranın rəngi görsənmir.

Bu gün Nəsimi rayon Məhkəməsinin yanında yerləşən "Bakı Sığorta"nın özəl avtodayanacağını idarə edən və özünü  Ramiz Mehdiyevin xalası oğlu kimi təqdim edən fotodakı bu adam iddia edir ki,- "Azərbaycan qanunlarının özəl şirkətə heç bir aidiyyatı yoxdur.

Bizim dalımızda Ramiz Mehdiyev durur...,Nəsimi Məhkəməsinin ərazisinidə almışıq,bu gün sabah onlarıda köçürəcəyik...və.s...
Doğrudan da ölkədə vəziyyət tragikomikdir.

Avtodayanacaqdan pul toplayanın birisi fövlət idarəetməsinin prioritetlərini  öz ağlı üzrə açıqlamasını verir!
Müşahidələrimiz zamanı gördük ki,  "Bakı Sığorta" təyinatından daha çox iaşə obyektlərinin fəaliyyətinə üstünlük verir və dayanıqlılıq bazisini məhz restoran,avtodayanacaq və digər üsullarla "stimullaşdırır"....

 İnternet təsviri...

“Bakı Sığorta” ASC 09 fevral 1994-cü il tarixindən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Təsisçiləri “Bank Respublika” ASC “Yeni Motor” MMC “Diamond Motors” MMC, “Subaru Azərbaycan” MMC və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalının həcmi 8 925 444 AZN təşkil edir.

“Bakı Sığorta” ASC müştərilərinə ehtimalı risklərdən keyfiyyətli və etibarlı təminat vermək missiyasını daşıyaraq, müddətsiz lisenziyaya malik 27 növ üzrə sığorta xidmətləri təqdim edir.

2013-cü ildə“Bakı Sığorta” ASC “Mini Max” holdinqin təsis etdiyi “İlin Şirkəti” nominasiyasında “İlin ən Yaxşı” sığorta şirkəti adına layiq görülmüşdür.

Müştərilərimizə yüksək keyfiyyətli xidmət, hər bir müştəriyə fərdi yanaşma, sığorta xidmətlərinin göstərilməsində operativlik, obyektivlik və üzərimizə götürdüyümüz öhdəliklərin tam və ədalətli şəkildə yerinə yetirilməsi şirkətimizin əsas dəyərlərindəndir.