Bu gün:


NAZİM İDEAL: Hava qaralıb, qış bitir, yaz gəlir...

Tarix: 19.02.2021 / 10:49  •   Oxundu: 138 dəfə  •  

30 illik  həsrətdən sonra, yenidən toprak həsrəti çəkmək çox üzücüdür...

Yenədə nepotizm fəlsəfəsi, amoralizm ideologiyası özünü qanun saymaqdadır...

Qubadlıda bütün fəsillər gözəldir. Qubadlının hər qarış toprağı təravətli,bərəkətlidir...

Bu gün QAR yağdığını görüb nostalji duyğular yenədə o yerlərə, dünyaya göz açdığım Çiyələkliyə ov etməyə apardı...

Ofisdən yolboyu evə gələnədək bu barədə düşünmüşəm və qərara gəldim ki, yazım.

7-ci sinifdə oxuyarkən, Atam öz həmyaşıdları ilə ova getdiyinə və mənidə özü ilə aparmadığına görə etiraz əlaməti olaraq,ənənəvi etməli olduğumu sobataj etdim.

Hava qaralana yaxın ovçular qayıtdı və dovşan,çol qazının ov edildiyini görüb,lap əsəbləşdim.

Artıq əməllərim barədə Atama kurs edilmişdi.

Atam Məni süzdükdən sonra,rahat şəkildə bildirdi ki:"Bu gün ova Mən getmişəm və qaz-dovşan vurmuşam.Sabah da sən gedərsən,fərasətinə baxım görüm Sən neçəsin vurub gətirəssən?..

Ancaq əli boş bu evə qayıtma!?..."

Sevincimin həddi yox idi. Axşamdan kəməri bağlayıb-açır,patronları gilizlərdən ayırırdım və sabahın açılmasını həsrətlə gözləyirdim.

Sabah təkbaşına tüfəngi götürüb ova çıxdım.

Rezin sapoqun böyüklüyünü və ağırlığını nəzərə alıb ayağıma keta geyindim və ermənilərlə həmsərhəd olan Kərim bulağı, Yaşlı yoxuşa kimi gəzib dolansamda hərdənbir quşların isterikası ova çıxdığıma yaddaş verirdi.

Artıq hava qaralmağa başlayır,soyuq qar ayaqlarımda sazaq qurmuşdu.

Tətiyi çəkməli olan barmaqlarım gizlənməyə isti yer axtarırdı.

Düşündüm ki,heç olmasa molla torağayı,göyərçin vurmalıyam ki, axşam ki,məsuliyyətdən qurtula bilim.

Hava qaraldığından nə işıq stolbası məftilinin üzərində göyərçin,nədə ki,ərimiş qar üzərində torağayı yox idi.

Düşündüm ki,bu qədər qət etdiyim yolu nəzərə alıb,Atam məni incitməz!

Qaraçuxur tərəfdən qapımıza yön alarkən,sanki əsgərlikdən gəlirmişəm kimi evdəkilər Məni sıcaq qarşıladı.

Soruşdum ki,bəs Ata hardadır?

Gəlir dedilər...
Alt evdə odun peçinin dəmirləri qızarmış formada yansa da şalvarımın,ayağımın buzu azda olsa özünü buraxmırdı...
Atam içəri daxil olanda soyuq-buz yaddan çıxdı.
Və uca səslə,ancaq yarı təbəssüm:"Dovşanı ver" sədaları altda Məni peçin ətrafında oki var dövr etdirdi...
Sonra özü qayğıma qalaraq tez bir vaxtda bədənimin isinməsinə şərait yaratdı....
Kənd camaatı məlum hadisədən kurs idi və yaşlılar könlümü oxşamaq istədikdə "dovşanı ver" frazasını raskrutka edərdi...
Kaş yenə də o günlər olardı və Atam Məni evimizin peçinin həndəvərində sorğu-sual edərdi.

Artıq qışda bitdi.
Yaz-Çərşənbə bayramı gəlir.
Lakin,hələ də öz topraklarımıza sərbəst gedib-gəlmək müşkülə çevrilib.
Yalnız, yeni korrupsiya yatağı tapan icra hakimiyyətinin "rəsmilərinə", fərarilərə, mütrüflərə, birdə könlünü və ruhunu icarəyə vermişlərə yaşıl işıq yandırılıb.

Bizə isə nəzərin və gələcəyin yolunu gözləmək "tövsüf" edilir.