Bu gün:


NAZİM İDEAL: Qara niyyətli köstəbəklərin növbəti həmləsi...

Tarix: 19.02.2021 / 18:23  •   Oxundu: 210 dəfə  •  

Mənfur niyyətli ədədlər adətən sözü ortaya atıb Xalqın nəbzini yoxlayır ki, reaksiya necədir?

İnanan olmasada müzakirə edənlərin kəmiyyət və keyfiyyəti  "analiz" edilsin...

Bildirilir ki, Azərişıq Tarif Şurasına müraciət edərək əhali üçün bir kilovat elektrik enerjisinin qiymətini 14 qəpiyə qaldırsın!?

Hazırki qiymət 300 kilovatadək 7 qəpik, limiti keçəndən sonra isə 11 qəpikdir. 

Azərişıq təkzib verir ki, bizim Tarif Şurasına belə bir müraciətimiz olmayıb.
Yəqin ki, qarşıdan gələn bir ay ərzində, ola bilsin ki, Novruz Bayramı günlərində bir kilovat elektrik enerjisinin qiymətini 11 qəpiyə qaldırıb limiti ləğv edəcəklər. Əhaliyə də deyəcəklər ki, biz qiymətləri bərabərləşdirdik, sosial ədaləti bərpa etdik, ayrı-seçkiliyə son qoyduq, onsuz da 300 kilovatdan çox sərfiyyatı olanlar 11 qəpikdən ödəyir və s. 

Azərbaycanda ev təsərrüfatlarının və mənzillərin böyük əksəriyyətinin 300 kilovat/saatdan çox enerji istehlak etmədiyini nəzərə alsaq bu çox böyük qiymət artımı-təxminən 60 faiz bahalaşma olacaq.

Zavallı  hüquqsuz Xalqda,"nə yaxşı iki dəfə artırıb 14 qəpik etmədilər" deyib acınacaqlı durumuna şükür etsin...!?

Xülasə, işıqsızlar Xalqın işığını kəsmək əzmindədir...