Bu gün:


Şəhidin son sözləri ürək dağladı

Tarix: 20.02.2021 / 12:47  •   Oxundu: 341 dəfə  •  

Vətən müharibəsində qəhrəmancasına şəhid olan İzzət Həmidovun anası oğlu haqqında danışıb.
O bildirib ki, İzzət Vətən müharibəsinə könüllü gedib.

" İzzət dostu Cəbrayıl Dövlətzadə ilə bir yerdə işləyirdi. Oğlum pizza ustası, dostu Cəbrayıl isə aşpaz idi. İzzət, Cəbrayıl kimi oğullar bir də dünyaya gəlməz. Şəhid olmamışdan iki gün öncə zəng edib halallıq aldı. Dedi, "ana, burada deyirlər ki, şəhid ailələrinə pul verirlər, sənə görə çox sevindim"
Dedim, "oğlum, o nə sözdür deyirsən?"
Mən onu tək böyütmüşəm. Öz işimi də qurmuşam. Həmişə, hər an məni düşünüb. İzzət evimin böyüyü, dirəyi idi".