Bu gün:


Partlayışda xəsarət alan aktyordan xəbər var

Tarix: 01.03.2021 / 14:12  •   Oxundu: 106 dəfə  •  

Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova "Report"a bildirib ki, artıq aktyorun həyati təhlükəsi yoxdur:
"Hadisədən sonrakı bir həftə onun üçün kritik idi. Şükürlər olsun ki, artıq bu təhlükə geridə qaldı. Bu gün növbəti dəfə sarğıları dəyişdirildikdən sonra palataya köçürüləcək".

Qeyd edək ki, 36 yaşlı C.Telman fevralın 22-də evində baş verən partlayış nəticəsində xəsarət alıb. O, yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.