Bu gün:


Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

Tarix: 02.03.2021 / 10:41  •   Oxundu: 196 dəfə  •  

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
 
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, polis polkovnik-leytenantı Zaur Qədirov Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad olunub.
 
Nazirin digər əmri ilə, o, Suraxanı RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Qeyd edək ki, bu təyinatadək həmin şöbənin rəisi Vüqar Abbasov idi.