Bu gün:


Türkiyə və Pakistan hərbi güclərini birləşdirir

Tarix: 03.03.2021 / 13:57  •   Oxundu: 119 dəfə  •  

Türkiyə və Pakistan birgə döyüş təyyarəsinin istehsalı üçün müzakirələr aparır.
Bu barədə “Bloomberg” məlumat yayıb. İddialara görə, bu məqsədlə ötən ilin oktyabrından Müdafiə Naziri Hulusi Akar pakistanlı rəsmilərlə 5 dəfə görüş keçirib. Tərəflər SİPER və Milli Mübarizə təyyarələrini modernləşdirmək niyyətindədir. Həmçinin, iki ölkə birgə raket istehsalı ilə bağlı danışıqlar aparır.

Məlumata görə, ABŞ Türkiyənin Pakistanla əməkdaşlığından narahatdır. Buna səbəb Pakistanın Çin ilə hərbi tərəfdaş olmasıdır.