Bu gün:


Bakıda azyaşlı qız itkin düşdü

Tarix: 04.03.2021 / 16:29  •   Oxundu: 121 dəfə  •  

Bakıda 13 yaşlı qız itkin düşüb.
Bu haqda onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Bildirilib ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Dünyamalızadə Aleksandra dünən axşam saat 21:00 – 22:00 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Onu görən şəxslərdən yaxınlıqdakı polis bölməsinə müraciət etmələri xahiş olunur.
A.Dünyamalızadənin əynində şəkildə gördüyünüz paltarlar olub: