Bu gün:


Professor: Türkiyədə hər an zəlzələ baş verə bilər

Tarix: 06.03.2021 / 10:26  •   Oxundu: 127 dəfə  •  

Yeni Zelandiyada baş verən ardıcıl güclü zəlzələlər gözlənilən idi.
Bu sözləri türkiyəli professor Şükrü Ərsoy deyib.

“8 bala çatan zəlzələ sözügedən region üçün gözlənilməz deyildi. Lakin əlbəttə ki, olduqca şiddətli təkanlar idi. Xoşbəxtlikdən ərazidə sıx məskunlaşma yoxdur”, - deyə professor bildirib.

Ərsoy Zelandiyada baş verən təbiət hadisəsinin dünyanın sonunun gəlməsinə işarə olması ilə bağlı səslənən iddiaları doğru saymayıb:
“Bu il 12-18 arası 7 baldan yuxarı zəlzələ baş verib. Bir dəfə isə 8 bal qeydə alınıb. Dünyada, o cümlədən Türkiyədə seysmoloji aktivlik hiss olunur. Türkiyədə hər an zəlzələ ola bilər. Hər kəs yaxşı hazırlaşmalıdır”.

Qeyd edək ki, ötən gün Yeni Zelandiya sahillərində yüksək maqnitudalı ardıcıl 4 zəlzələ qeydə alınmışdı