Bu gün:


Ağır yaralanan əsgərimiz şəhid oldu

Tarix: 08.03.2021 / 09:35  •   Oxundu: 175 dəfə  •  

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib.
Koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

Şəhid əsgər, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçınınn azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!