Fransalıların Qarabağdakı döyüşlərdə iştirakı araşdırılır
Tarix: 10.03.2021 / 10:53 •
Oxundu: 707 dəfə •
“Eurasia Review” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Roza Əsgərovanın “Fransalı döyüşçülərin Ermənistanın apardığı hərbi əməliyyatlarda iştirakı araşdırılır” sərlövhəli məqaləsi dərc olunub.
BMTM-nin mətbuat xidmətindən bildirilib ki, məqalədə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfdən döyüşlərdə iştirak edən Fransa vətəndaşları ilə bağlı araşdırmalara başlanılması və prosesin Fransa mətbuatında işıqlandırılmasından bəhs edilir.
Məqalədə muzdluların Qarabağda aparılan əməliyyatlara cəlb olunması ilə bağlı Ermənistanın yerli və xarici mediasında açıq elanların verilməsi, həmin döyüşçülər üçün xüsusi təşkilatlar tərəfindən hərbi təlimlərin keçirilməsi də əksini tapıb. Müəllif Ermənistanın bu addımları ilə beynəlxalq hüququn norma və prinsiplərini pozduğunu vurğulayır və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporunun nümayəndələrinin yaşadıqları ölkələrin qanunlarını pozaraq Ermənistan tərəfdən döyüşlərə qatılmağa çağıran elanlar yaymasına dair faktlar göstərir.