Bu gün:


Erməninin şok vəsiyyəti - "Məni Türkiyə bayrağı ilə dəfn edin"

Tarix: 16.03.2021 / 11:10  •   Oxundu: 125 dəfə  •  

Almaniyada yaşayan Koreya müharibəsi qazisi erməni əsilli Minas Kaya son mənzilə Türkiyə bayrağı ilə yol salınıb.
91 yaşlı qazi bu barədə vəsiyyət edib. Oğlunun sözlərinə görə, Minas Kayanın tək vəsiyyətinin Türkiyə bayrağı ilə dəfn edilməsi olub. Qazinin vəsiyyəti yerinə yetirilib. Onun tabutu Türkiyə bayrağına bürünüb.

Dəfn mərasimindən sonra həmin bayraq yadigar olaraq qazinin yaşadığı evdən asılıb.
Qeyd edək ki, Minas Kaya Türkiyənin Yozgat vilayətində anadan olub.