Hüseyn anasını təcavüzdən qoruyarkən həlak oldu...
Tarix: 23.03.2021 / 12:22 •
Oxundu: 129 dəfə •
Böyük Britaniya paytaxtında gənc bir müsəlman ailə üzvlərinin həyatını silahlı cinayətkarlardan xilas edərkən həlak olub.
Unversitetin birinci kurs hüquq fakültəsində təhsil alan 18 yaşlı Hüseyn Çaudri hücumun baş verdiyi yerdə- evinin yaxınlığında boynundan aldığı bıçaq yarasından həlak olub. Tələbənin anası və qardaşı da bıçaqlanıb, ancaq onlar sağ qalıb.
Şahidlərin verdiyi məlumata görə, Hüseyn anasını və qardaşını iki təcavüzkardan qoruyarkən cinayətkarlardan biri bıçaq onun boynuna vurub. Təcavüzkarlar qaçıb və gənc oğlan anasının qucağında dünyasını dəyişib.
"Hüseyn ailəsini qoruyarkən həlak oldu... Hamımız Allaha məxsusuq və dönüşümüz də onadır"- mərhumun bacısı belə deyib.
Londondakı müsəlman təşkilatlar qəhrəmanlıqla həlak olmuş Hüseynin adını əbədiləşdirmək qərarına gəliblər və tarixi vətəni Pakistanda onun adına bulaq yaradılması üçün vəsait toplayıblar. Beləliklə, mərhumun adından sədəqə-cariyə icra ediləcək. Bu, möminə ölümündən sonra da davamlı savab qazandıran bir sədəqə növüdür. Buraya onun özü tərəfindən və ya adına əkilmiş bir ağac, qazılmış su quyusu, tikilmiş bulaq və s. aiddir.