Bu gün:


Merkel: Türkiyə vacib və etibarlı tərəfdaşdır

Tarix: 25.03.2021 / 16:05  •   Oxundu: 92 dəfə  •  

Almaniya kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı Türkiyə barədə müsbət mesajlar səsləndirib.

O bildirib ki, Türkiyə Aralıq dənizinin şərqində gərginliyi azaldacaq siyasət yürüdür. Türkiyənin təkcə NATO deyil Avropa üçün də etibarlı tərəfdaş olduğunu deyən Merkel, Ankaranın qaçqınlar barədə siyasətini təqdir edib.

Qeyd edək ki, bu gün və sabah Avropa Birliyi liderlərinin toplantısı keçiriləcək. Videokonfransda Avropa Birliyinin Türkiyə ilə münasibətləri də müzakirə olunacaq.