Bu gün:


Azərbaycanlı iş adamı İstanbuldakı hoteldə özünü güllələdi

Tarix: 26.03.2021 / 10:18  •   Oxundu: 118 dəfə  •  

Türkiyədə Azərbaycanlı iş adamı intihara cəhd edib.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gecə İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən hoteldə baş verib.

Belə ki, iş adamı Nihad Əliyev lüks hoteldə başından tapança ilə atəş açıb. Bu zaman onun yanında otelin lobbisində tanış olduğu üç qadın olub.

Həmin qadınlar izahatlarının alınması üçün polis bölməsinə aparılıb.
Xəstəxanaya çatdırılan iş adamının isə həyatı üçün təhlükənin davam etdiyi bildirilir.