Bu gün:


Ukraynalı hərbçilər öldürüldü

Tarix: 27.03.2021 / 09:55  •   Oxundu: 155 dəfə  •  

Ukrayna Baş Qərargah rəisi Ruslan Xomçak təcili olaraq təyyarə ilə Donbasa uçub.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram səhifəsində yazıb.

O bildirib ki, R.Xomçak Donbasda – Şumı qəsəbəsində 4 ukraynalı hərbçinin ölüm faktını araşdıracaq.

Qeyd edək ki, bundan öncə Şumı qəsəbəsində baş verən silahlı atışma nəticəsində 4 ukraynalı hərbçinin öldüyü, 2-nin isə yaralandığı bildirilmişdi.