Bu gün:


Paşikyan: 44 günlük döyüşlərdə Ermənistanın 11 min yaralısı olub

Tarix: 28.03.2021 / 16:49  •   Oxundu: 73 dəfə  •  

Ermənistan 44 günlük müharibədə aldığı zərbələrlə bağlı yeni rəqəmlər açıqlayıb.
 
Müdafiə Nazirliyinin hərbi-tibb idarəsi rəisinin müavini Qeqam Paşikyan 28 marta keçirdiyi mətbuat konfransında bəzi məlumatları ilk dəfə açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın endirdiyi zərbələr nəticəsində Ermənistanın güc strukturlarının şəxsi heyətindən 11 yaralı olduğunu etiraf edib. Bildirib ki, onların 55 faizi yüngül, 36 faizi orta ağırlıqlı, 2 faizi son dərəcə ağır, 7 faizi isə ağır dərəcəli yaralılar olub.