Bu gün:


Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı həbs edilib.

Tarix: 05.04.2021 / 21:32  •   Oxundu: 119 dəfə  •  

İDEAL Mediaya daxil olan  məlumata görə, keçmiş nazir Eldar Mahmudova yaxınlığı ilə seçilən generallar Nizami Şirinov və Mövlam Şıxəliyev hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər.

Hər iki general barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.

Qeyd edək ki, N. Şirinov ləğv edilən MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi, M. Şıxəliyev isə İstintaq Baş İdarəsinin rəisi işləyib.