Bu gün:


NAZİM İDEAL:Dövlətə və Xalqa vicdanla,sədaqətlə xidmət etməlisən ki,sonunda sabiqlərdən dəbilqə kimi istifadə etməyəsən!

Tarix: 06.04.2021 / 22:24  •   Oxundu: 232 dəfə  •  

Niyə sabiqlər?

Dövlət və yaxud da ictimai  nəzarət yoxdurmu?

Son günlərin həbs dalğası kecikmiş olsa da hər bir vətəndaşın gözləntilərindən cüzi bir qismidir.

Həbs olunanların bir qisminin sərhədsiz cinayətləri barədə 2004-cü ildə Əyyub Kərimovun müəllifliyilə nəşr edilmiş "İlanı Qucaqlayan Xalq" kitabında detallar açıqlansada və bu barədə keçmiş
Milli Təhlükə nazirliyi məlumatlı olsada açılmayan cinayətlər sahibini gözləyir!?

Bilinsin ki,həbs olunan generallar dövlət və milli təhlükəsizliyin təminatına məsul olmuş şəxslərdir.

Təsəvvür edin ki,bu cür adamlar İnsan taleyinin həllində əsas söz sahibləri olmuş və vətəndaşların əməllərində cinayət tərkibi olub-olmamasını "müəyyən edib" qərar verib.

Keçmiş Milli Təhlükə Nazirliyinin (MTN) sərəncamında olan iki general – nazirliyin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri Nizami Şirinovun həbsi və.s...

De-fakto keçmişdə baş verənlər bu gündə davam etməkdədir.

Etimadsızlıq mühütünün əhatəsi sövq-təbii günbə-gün genişləndirilməkdədir.

Vətəndaş məmnunluğunun  səviyyəsi sıfırla-sıfır arasında hüquq-qanun deyib fəryad edir.

Səsi çatmayan,ünü yetməyən Vətəndaşın imdadına son anda İNTİHAR yetir!

Təhqiqatçının,müstəntiqin,istintaq idarəsinin rəisinin direktivlər əsnasında qəbul etdikləri blef qərarlar səbəbindən minlərlə İnsan xiffət çəkir bu ölkədə.

Nepotizm,rüşvət,regionçuluq fəlsəfəsi üzrə formalaşdırılan idarəetmə kazusunda deformasiyaya uğrayan təkcə İnsan taleləri deyil,eyni zamanda dövlətə olan inamdlr!

Vətəndaş dövlətindən ehtiyat etməməlidir,dövlət adından başı mədələşmiş hansısada bir zombi quldurun despot qərarı ilə rastlaşa biləcəyini ağlının ucundan keçirməməlidir...

Vətəndaş Dövlətinə inanmalı,güvənməli,yanında olmalıdır.

Minlərlə ailəyə bədbəxtlik gətirmiş bir ədəd məmurun cəzalandırılması cəlbedici və ədalətli görsənmir!

-Ukraynada general-qanqster Rövşən Əkbərov tərəfindən qətlə yetirilmiş Elçin Əliyev müəmmaasında bütün ortaqlar məsuliyyətə cəlb edilməsə nə mənası???

-KİVDF-in icraçı direktoru Səfərli Vüqarın həbsi nəyə və kimə lazımdır?

Burası korlar ölkəsi deyil ki?

Hər kəs bilir ki,Vüqar-Əflatın dövlət büdcəsini  özbaşına viran etməyiblər.

Aşığa,massajistə,katibələrə,şortu biznesin yüyənsizlərinə və.s, pay edilən mənzillər onların iradəsindən kənar həll edilib...

Dövlətdən oğurlanmış 7000000 manat bu ədədlərin  ağızlarının ölçüsü deyil.

Burada əsas ağız və mədə həsənov əli məhəmmədəli oğludur.

Lakin,hələ də əli həsənov qanunlar üzərində öz şəxsi qaydalarını diqtə etdirir!?

-"Səs" adlı maklaturanın anti-təkamül dövrünün rudiment əvəzliyi əli həsənovun bakuşunun BŞİH-də "debil" rəqsi oynadılan irasim qardaşının cinayətlərini 4 yıldan sonra  "görən"lər unutmasınlar ki,təqdimat manerasından asılı olmayaraq bilənlər bilir ki,bu ölkədə söküntü-tikinti sərəncamlarını nə irasim,nədə ki, hacıbəla verməyib.

İrasim Quliyevi həbs etməzdən öncə cinayətin əsas moderatorunu,yəni universal ssenarinin əsas müəllifləri autentik həbsə alınmalıdır ki,atılan addımlar rəğbətə layiq olsun!