Bu gün:


RİZVAN SƏİD ŞEYX: “PAKİSTAN AZƏRBAYCANLI QARDAŞLARIN YANINDADIR”

Tarix: 08.04.2021 / 12:56  •   Oxundu: 124 dəfə  •  

“Pakistan azərbaycanlı qardaşların yanındadır. İƏT və təmas qrupu da bu məsələdə öz səylərini davam etdirəcək”.
 
Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx deyib.
 
Daha sonra səfir Azərbaycan dilində öz təbriklərini ifadə edib. “Zəfəriniz qutlu olsun və Qarabağ Azərbaycandır”, - o, əlavə edib.